Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xəzər Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim İslam Neymanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan X.Əsədovun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb.
Eltac Nurullazadə
