Məzmuna keç

Mağazanı qarət etməkdə şübhəli bilinən şəxsin cinayət işi üzrə ibtidai istinaq başa çatdı

Saatlıda mağazanı qarət etməkdə təqsirləndirilən Tarıyel Fətullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

Hakim Mirlətif Sadıqovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 27-nə təyin olunub.

Qeyd edək ki, T.Fətullayev mağazaların birinə müştəri qismində daxil olaraq soyğunçuluq yolu ilə 150 manat pulu ələ keçirib qaçmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə cinayət işi açılıb.

Eltac Nurullazadə