"Bakı Sığorta" ASC "Azərbaycan Sənaye Sığorta" ASC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, sığorta şirkətinə qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələrə dair iddia qaldırılıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
