Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan şəxs hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, topklanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə gömdərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 28-nə təyin olunub.

Qeyd edək ki, A.Cəfərov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilib. A.Cəfərov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə