Məzmuna keç

Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Tovuzda keçmiş arvadını öldürməkdə təqsirləndirilən Xaliq Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 2-nə təyin olunub.

Qeyd edək ki, X.Rüstəmov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək keçmiş həyat yoldaşı Ramilə Rüstəmovanı qəsdən öldürməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə