Məzmuna keç

Ötən il Ali Məhkəməyə daxil olan müraciətlərin sayı açıqlandı

2022-ci ildə dövlət orqanları və ayrı-ayrı vətəndaşlar tərəfindən Ali Məhkəməyə 14 min 122 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun bu gün keçirilən iclasında məlumat verilib.

Bildirilib ki, həmin müraciətlərə müvafiq qaydada baxılıb: "2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə əsasən Ali Məhkəmənin sədri müxtəlif rayonlarda vətəndaşları qəbul edib. Eyni zamanda Ali Məhkəmədə 1925 şəxs fərdi və kollektiv qaydada qəbulda olub. Qəbullar zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı izahlar verilib, eyni zamanda təqdim edilən müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib".

Eltac Nurullazadə