Məzmuna keç

Toyda musiqi sifarişinə görə 3 nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Gəncədə toyda 3 nəfəri bıcaqlamaqda təqsirləndirilən Rüfət Həsənzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materilları baxılıması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib və onu bıçaqlayıb. Bu zaman N.Məmmədovun bacısı və qadının həyat yoldaşı onları aralamağa çalışıb. Həmin vaxt ər və arvad da bıçaq xəsarətləri alıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan R.Həsənzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Eltac Nurullazadə