Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirkəndirilən Nəzirməmməd Həmidzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 9-na təyin olunub.
Qeyd edək ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanlan əvvəllər məhkum olmuş N.Həmidzadənin üzərinə keçirilən baxış zamanı 2 büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı evin həyətyanı sahəsində torpağa basdırılmış polietilen torbanın içərisindən 53 ədəd sellofan bükümdə olan və ümumi çəkisi 170 qramdan artıq təşkil edən narkotik maddə heroin, 3 büküm metamfetamin, 42 ədəd sellofan bükümdə və 2 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 146 ədəd narkotik tərkibli “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. N.Həmidzadə barəsində Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
