Məzmuna keç

Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə şübhəli bilinən şəxsin məhkəməsi başlayır

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vidadi Müseyibovun cinayət içşi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ıın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynov sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü V.Müseyibov həyat yoldaşı 1984-cü il təvəllüdlü Sevinc Museyibovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.40-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməmaddəsi) ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə