Gəncədə həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıbş
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Dadaş İmanovun sərliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.
Qeyd edək ki, Gəncə şəhər Baş polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 kiloqram çəkisi olan 45 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Nəticədə fərdi yaşayış evinin sahibi olan şəhər sakini S.Hacıyev yaxalanıb. Dindirilmə zamanı o, çətənə kollarını özünün şəxsi istifadəsi üçün becərdiyini bildirib. S.Hacıyev barəsində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
