Abşeronda hamilə arvadını qətlə yetirməkdə şübhəli bilinən Vüqar Nəmətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 10-a təyin olunub.
Qeyd edəki ki, V.Nəmətovun 2022-ci il oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməkdə ittiham olunur. Onun barəsində 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
