Bakıda soyğunçuluqda təqsirləndirilən Ümid İbayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2022-ci il noyabrın 29-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini M.Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini Ü.İbayev saxlanılıb. Araşdırmalar nəticəsində onun noyabrın 26-da Bakı şəhər sakini N.Hüseynovun da mobil telefonunu soyğunçuluq yolu ilə talaması məlum olub. Ü.İbayev barədə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
