Məzmuna keç

Qusarda yanacaq doldurma məntəqəsində soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin məhkəməsi başlayır

Qusarda soyğunçuluq etməkdə təqsirləndirilən Ravil Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Hakim Əli Cəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 7-nə təyin olunub.

Qeyd edək ki, ittihama görə, R.Həmidov yanvarın 2-də gecə saat 23:00 radələrində yanacaqdoldurma məntəqəsinin operatorunu hədələyərək ondan kassanın açarını alıb və 200 manat pulu talayıb. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə