Məzmuna keç

İki dövlət qurumu məhkəməyə verildi

“Xəzər-Lada” ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi” ni və “Əmanətlərin Sığortalaması Fondu”nu məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, idarə və fonda qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə mübahisələrə dair tələb irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtrı hələlik məlum deyil.

Eltac Nurullazadə