Ali Məhkəmənin sədri Ramiz Rzayevin 70 illik yubileyidir


  • 25 Fevral 2023 14:43

Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin 70 illik yubileyidir.

E-huquq.az xəbər verir ki, R.Rzayev 25 fevral 1953-cü ildə anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb.

1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb.

2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub.

R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

R.Rzayev Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Prezidentin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib.

R.Rzayev Prezidentin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 20 noyabr 2018-ci il tarixli Sərəncamla isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Dövlət başçısı 1 fevral 2023-ci il tarixli Sərəncamı ilə R.Rzayevi "Şərəf" ordeni ilə təltif edib.

Ramiz Rzayevi yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna əsasən, Azərbaycan Respublikası məhkəmələrinin sədrləri, sədr müavinləri və məhkəmə kollegiyalarının sədrləri müvafiq məhkəmələrin hakimləri sırasından 5 il müddətinə təyin edilirlər. R.Rzayev sonuncu dəfə 2018-ci ildə Ali Məhkəmənin sədri təyin edilib və bu gün onun səlahiyyət müddəti başa çatır.

Oxşar xəbərlər