İmişlidə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Azər Qafarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elxan Süleymanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 10-na təyin olunub.
Qeyd edək ki, A.Qafarov ayrı-ayrı şəxslərin etibarından istifadə edib onlara müxtəlif vədlər verərək aldatma yolu ilə 160 min manatdan çox dələduzluq edib. İş üzrə 15 nəfər zərərçəkmiş qismində tanınıb. A.Qafarov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
