Məzmuna keç

Bərdədə qadına qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs hakim qarşısına çıxarılır

Bərdədə qadına qarşı bıçaqla hücum edib çantasını ələ keçirməkdə təqsirləndirilən Emin Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mikayıl Məmmədzadənin sədrliiyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 9-a təyin olunub.

Qeyd edək ki, E.Qayev G.Musayevaya hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərmək, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə) maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə