Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən Asim Nəsirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Sabunçu Rayon məhkəməsinə göndəriıib.
Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, A.Nəsirov Maştağa qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində lazer aparatı, məişət əşyaları və elektrik naqili, həyətdəki “Hyundai” markalı avtomobildən isə 1000 manat və 1300 ABŞ dollarının oğurlanmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
