Məzmuna keç

Bakıda iki nəfərə bıçaqla hücum edib telefonlarını ələ keçirən şəxslərin məhkəməsi başlayır

Bakıda quldurluqda təqsirləndirilən Pərviz Xəlilov və Malik Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumataına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, P.Xəlilov M.Əlizadə ilə birlikdə paytaxtın Xətai rayonu ərazisində üzərində olan bıçağın arxası ilə İ.Əzimzadənin burun nahiyəsindən yumruq və təpiklə, R.Şahverənovun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirib. Daha sonra zərərçəkmişlərə məxsus iki ədəd mobil telefonu ələ keçiriblər. P.Xəlilov və M.Əlizadə barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə