Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Vüqar Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib
İş hakim Anar Rzayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 16-na təyin olunub.
Qeyd edək ki, əvvəllər məhkum olmuş V.Bağırov Bakıxanov qəsəbəsində bir nəfərin əlindən içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olan sellofan torbanı quldurluq yolu ilə talamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
