“Caspel” şirkəti "KredAqro" Bank Olmayan Kredit Təşkilatını məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, şirkət BOKT-a qarşı müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
