Məzmuna keç

Evində külli miqdarda narkotik gizlədən şəxsin məhkəməsi başlayır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fərman Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, F.Qarayevin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətdiyi də müəyyən edilib. Onun Gərəkli kəndi ərazisində yerləşən evinə baxış zamanı ümumi çəkisi 14 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitəni ötən ilin mart ayında meşəlik ərazidə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub. Həmin meşə massivinə baxış keçirilərkən oradan narkotik tərkibli bitkilərin hissələri götürülərək istintaqa təhvil verilib. F.Qarayev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə