Bakıda soyğunçuluqda təqsirləndirilən Anar Məmmədov və Namiq Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 17-nə təyin olunub.
Qeyd edək ki, A.Məmmədov və N.Əsgərovun paytaxtın Nəsimi rayonunda avtomobildən içərisində bank kartları, sənəd və mobil telefon olan çantanı soyğunçuluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
