Tanışını qətlə yetitməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
E-huquq.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin 2 ay uzadılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur. Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.
