Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Məmmədəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatır.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Abdulla Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 16-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Şəmkir rayonunda baş verib. Hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində R.Haqverdiyev, S.Aliyev xəsarət alıb. O.Cəfərov isə xəstəxana dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü R.Məmmədəliyev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə