Xaçmazda tanışını bıçaqlamaqda təqsirləndirilən Etibar Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Aynur Rzayevanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlı iclası martın 14-nə təyin olunub.
Qeyd edək ki, Etibar Ramazanov şəxsi münasibətlər zəmnində tanışı İ.Osmanovu bıçaqlamaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
