Məzmuna keç

Ali Məhkəmə narkotik satmaqda təqsirləndirilən şəxslər barədə bəraət hökmünü qüvvədə saxladı

Bu gün Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əli Cəfərov (ad-soyad şərti) və Qasım Vəliyev (ad-soyad şərti) barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Elvin Səlimov məlumat verib.

Onun sözlərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, bəraət hökmü qüvvədə saxlanılıb, prokurorun protesti təmin edilməyib.

Qeyd edək ki, 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Ə.Cəfərov və Q.Vəliyev barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb, apellyasiya protesti təmin edilməyib.

Eltac Nurullazadə