Məzmuna keç

Bakıda avtobuslarda sərnişinlərə qarşı cibgirlik edən şəxslərin məhkəməsi başlayır

Bkıda avtobuslarda sərnişinlərə qarşı cibgirlik etməkdə təqsirləndirilən Rüfət Əliyev və Rəşid Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Aygün Qurbanovanın sdrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtıı hələlik mlum deyil.

Qeyd edək ki, R.Əliyev və R.Ağayevin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib. Onların avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. R.Əliyev və R.Ağayev barəsində Cinayyət Məcəlləsinin 177.2.1-ci maddəsi il cinayət işi başlanılıb.

Eltac Nurullazadə