Məzmuna keç

“Qoç Ət” barədə protokol tərtib olundu

"Qoç Ət" Kəndli Fermer Təsərrüfatına cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icrratına verilib.

Protokol təsdiq olunsa ,"Qoç Ət" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə