Məzmuna keç

Əkinçilik Elmi-Tədqiqat İnstitutu “Azərsu”yu məhkəməyə verdi

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu “Azərsu” ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, İnstitut Bakı Kommersiya Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə (İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə) tələb irəli sürüb.

İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə