Bakıda qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman Mənsumovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakiç Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü A.Serebrennikov və E.Mənsumov qabaqcadan əlbir olan bir qrup şəxs halında Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovu öldürməkdə təqsirləndirlirlər. Onlara qarşı Cinayət Məcəlləsi 120.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Lalə Salmanova
