"Ruslan-S" Mənzil Tikinti Kooperativi (MTK) “Azərsu” ASC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, MTK “Azərsu”ya qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə (İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi) tələb irəli sürüb.
İddia Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
