Məzmuna keç

Bakı Sağlamlıq Mərkəzinə cərimə yazıldı

Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, Bakı Sağlamlıq Mərkəzi min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə