Məzmuna keç

“Vita Aptekləri” cərimələndi

"Vita Aptekləri" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Vita Aptekləri" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə