Məzmuna keç

“TBC Kredit” dövlət idarəsini və şirkəti məhkəməyə verdi

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, BOKT Bakı Kommersiya Məhkəməsinə müraciət edərək daşınmaz əmlak üzrə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə