Məzmuna keç

Mərkəzi Bank “Aqro-Vest DC” şirkətinə cərimə yazdı

"Aqro-Vest DC" MMC-yə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Aqro-Vest DC" MMC inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə