Məzmuna keç

Tərtərdə fermadan oğurluq etməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayır

Tərtərdə fermadan oöurluq etməkdə təqsirləndirilən Röyal Bayramov, Tural Abbaslı və Faiq İbadzadənin ci ayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilib.

İş hakim Kamil Rzayevin icraatına verilib. Məhkəmənin hazırlıq icladının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, R.Bayramov, T.Abbaslı və F.İbadzadə fermadan 13 baş xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqda təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə