Məzmuna keç

Həbsdə olan şəxsi azadlığa buraxdıracağı adı ilə 23 min manat alan kişinin məhkəməsi başlayır

Həbsdə olan şəxsi azadlığa buraxdıracağı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirafiq Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, M.Bəşirovun 2022-ci ilin mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında onunla birgə saxlanılan şəxsin yaxınlarına yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd vermədə, bu yolla da həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə