“PAŞA Bank” ASC “Teta Group” MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, bank şirkətə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
