Məzmuna keç

“Metropark” barədə protokol tərtib olundu

"Metropark" Mənzil-Tikinti Kooperativinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barədə adiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşəNərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Metropark" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclası mayın 5-ə təyin olunub

Şəbnəm Mehdizadə