"Çıraq İnşaat" şirkətinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib. İşə hakim Fərid Əliyevin sədrliyi baxılacaq.
Protokol təsdiq olunarsa,"Çıraq İnşaat" min beş yüz manat məbləğində cərimə ediləcək.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
