Məzmuna keç

Mərkəzi Bank “Azlahiyə İnşaat” barədə cərimə protokolu tərtib etdi

Mərkəzi Bank “Azlahiyə İnşaat" şirkətinə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa,“Azlahiyə İnşaat" xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə