Göygöl Rayon Qızılca Bələdiyyəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, Gəncə İnzibati Məhkəməsinə müraciət edən bələdiyyə torpaq münasibətləri üzrə tələb irəli sürüb.
İddia hakim Gülşən Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
