Məzmuna keç

“VİP Dental” klinikasına cərimə yazıldı

"VİP Dental" klinikasına cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "VİP Dental" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə