Azərbaycan Milli Konservatoriyasına cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, Konservatoriya barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464 (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, Azərbaycan Milli Konservatoriyası min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
