Bakıda adam öldürməkdə təqsirləndirilən İsmət Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası matın 10-a təyin olunub.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. Rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli xəsərətlər yetirməklə onu qətlə yetirib. İsmət Qədirova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
