Məzmuna keç

İki nəfərin ölümündə təqsirləndirilən taksi sürücüsünün məhkəməsi başlayır

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətnəkdə təqsirləndirilən Kamil Alcəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılmaıs üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Heydərovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Babək rayonunun Cəhri qəsəbəsində baş verib. Qəzaya səbəb taksi xidməti göstərən “NAZ Lifan” markalı 75-TA-521 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Babək rayonunun Payız kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Alcəfərovun idarəetməni itirməsi olub. Avtomobildə sürücünün öz ailə üzvlərindən ibarət beş nəfər olub. Onlardan həyat yoldaşı, 1969-cu il təvəllüdlü Alcəfərova Durna İbrahim qızı və nəvəsi, 2019-cu il təvəllüdlü Alcəfərov Ramil İsmayıl oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı onun sol körpücük sümüyü sınıb. Digər sərnişinlər Alcəfərov Musa İsmayıl oğlu və Alcəfərov Asim Musa oğlu isə yüngül xəsarət alıblar. Kamil Alcəfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə