Məzmuna keç

Bakıda kürəkənini qətlə yetirən qayınata kassasiya şikayəti verdi

Binəqədi rayonunda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən Mehdi Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

E-huquq.az-ın məlumatına görə, artıq şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Nazim Mövsümov sədrliyi ilə araşdırılacaq.

İttihama əsasən, M.Abdullayev qəsəbə ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kürəkəni, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunu bıçaqlayaraq qətlə yetirib. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Şəbnəm Mehdizadə