"Electro Industries" QSC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Zəngilan Rayon Məhkəməsində hakim Gülsarə İmanovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Electro Industries" min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclası mayın 8-ə təyin olunub.
Şəbnəm Mehdizadə
