Bakıda piyadanın ölümündə təqsirləndirilən Sənan Müseyibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rauf Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən il noyabrın 14-də paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Müseyibov Sənan Tehran oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Şəbnəm Mehdizadə
